Boş təhdidlər Londonun məsuliyyətini azaltmır
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən gecə İngiltərənin xarici işlər naziri Liz Trassın Vyana müzakirələrinin ehtimal üzrə dalana dirənəcəyinə dair məsuliyyətsiz və əsassız ifadələrinə cavab verib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə İngiltərə xarici işlər nazirinin «Vyana müzakirələrinin ehtimal üzrə dalana dirənməsində İran məsuliyyət daşıyır və belə olan halda, bütün seçimlər masa üzərindədir» ifadəsini belə cavablandırıb: Bu məsuliyyətsiz və əsassız ifadələr İngiltərənin və bəzi digər Qərb ölkələrinin illər boyu Birləşmiş Ştatların insanlıqdan uzaq qanunsuz sanksiyalarını müşayiət etmələri və fəaliyyətsizliklərini ört-basdır etmək və müqəssir göstərmək üzrə puç oyunlarından digər bir kartdır.
Bu kimi çürümüş vasitələr və içiboş hədələrdən istifadənin İngiltərənin nüvə anlaşmasını pozmasındakı etik və hüquqi məsuliyyətini azaltmadığını diqqətə çəkən Xətibzadə belə əlavə edib: Puç təhdidlər əlbəttə, İran İslam Respublikasının/ İran xalqının maraqlarını təmin edəcək/ istinada layiq, dayanıqlı və keyfiyyətli bir razılaşmaya çatmaq yolundakı əzmkarlığına heç bir xələl gətirməyəcək.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi sonra bunları söyləyib: Dəfələrlə deyildiyi kimi, məhz İranın strateji səbri bu mərhələdə müzakirələrin aparılması üçün şərait yaradıb, lakin aydındır ki, bu pəncərə əbədi olaraq açıq qalmayacaq.
Xətibzadə sonda vurğulayıb: Qarşı tərəflərin/ özlərinin hər bir kəsdən nə qədər dayaqsız olduğunu daha yaxşı bildikləri kimi, darıxdırıcı ifadələr işlətmək və müqəssir göstərmək üzrə təkrar oyun oynamaq yerinə, müzakirələr masasındakı bu son bəxti itirməmək üçün bütün bacarıq və ciddi-cəhdlərini səfərbər etmələri zəruridir.