İran Prezidenti Rəşt–Astara dəmir yolu layihəsinə baxış keçirərkən:
Hökumət bütün gücünü bu layihənin tamamlanmasına səfərbər edəcək
İran Prezidenti İbrahim Rəisi Gilan vilayətinə səfəri çərçivəsində Rəşt–Astara dəmir yolu layihəsinə baxış keçirib.
İran İslam Respublikası prezidenti İbrahim Rəisi Rəşt–Astara dəmir yolu layihəsinə baxışı zamanı bildirib ki, Şimal-Cənub" dəhlizi İran və qonşu ölkələr üçün çox önəmli iqtisadi faydalara sahibdir.
İbrahim Rəisi qeyd edib ki, Rəşt–Astara dəmir yolu "Şimal–Cənub" tranzit yüklərinin daşınmasında məsafəni 20 gün azaldacaq.
“Hökumət bütün gücünü bu layihənin tamamlanmasına səfərbər edəcək. Bu layihə Gilan əyaləti və ölkədə həyata keçirilən ən önəmli milli layihələrdən biridir”, İran prezidenti bildirib.
İ. Rəisi "Şimal–Cənub" dəhlizinin iqtisadi əhəmiyyətindən danışaraq vurğulayıb ki, dəhlizin daha çox çiçəklənməsi üçün gəmilər alınmalı, İranla Avrasiya və Xəzər dənizi ətrafındakı ölkələr arasında ticarət artırılmalıdır.