Yan 30, 2022 16:48 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

İslam İnqilabının Böyük Rəhbəri sənaye fəalları və istehsalçılarındən bir qrupu ilə görüşdə sahibkarlar və fəhlələrin istehsal səngərindəki cihadının Amerikanın iqtisadi savaşın uğursuz qaldığını etiraf etməsinə səbəb olduğunu vurğualyıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei sonra bildiriblər ki, xalqın iqtisadi fəalların uğurlarından onların özləri vasitəsilə xəbərdar olması düşmənin psixoloji savaşı ilə mübarizə üçün faydalıdır.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, düşmənin istehsal səngərini fəth etmək üzrə planları uğursuz qaldı.

O həzrət sonra belə qeyd ediblər: Ölkə iqtisadiyyatına qarşı bu hücumlarda xalqın məişətində problemlər yarandı, amma istehsal diz çökmədi və Amerika dövlət departamentinin sözçüsü bir neçə gün bundan qabaq açıq şəkildə bildirdi ki, maksimum təzyiq siyasəti Amerikanın biabırçı tərzdə məğlubiyyətilə nəticələndi.

Həzrət Ayətullahuluzma Xamenei istehsalı cihad adlandırıb və belə əlavə ediblər: İstehsalçıların iqtisada qarşı hücum və düşmənin neft və qaz satışına mane olmaq, enerji mənbələrini kəsmək və İranın xarici mübadilələrinin qarşısını almaq üzrə cəhdi qarşındakı müqaviməti əslində cihad və ən böyük ibadətlərdəndir.

O həzrət sonra belə deyiblər: Onlar öz xülyalarına görə, iqtisadiyyatın bir neçə aylıq dağılmasını nəhs siyasi məqsədlərin reallaşması üçün bir zəmin bilirdilər, amma on ildən sonra ölkənin istehsal və iqtisadiyyat səngəri əlhəmdülillah, yerində möhkəm dayanıb.

Həzrət Ayətullahuluzma Xamenei deyiblər: İstehsalın sabit məşğulluq kimi iqtisadi göstəricilərin yaxşılaşması ilə ixracat rövnəqi, valyuta gəliri və inflyasiya göstəricisinin azalması ilə nəticələnəcək və milli özünəinamın artması, milli təhlükəsizlik və izzətin zamini olan iqtisadi istiqlaliyyəti gətirəcək

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Bəzi istehsalçılar və təşkilatlar sanksiyaların götürülməsi və müzakirələrin nəticələrini gözləmədilər və səy və əməklə uğurlu nümunələrə çevrildilər.

Həzrət Ayətullahuluzma Xamenei iri sənayenin standartap olması barədə də belə vurğulayıblar: Bu sahədə etimad və işin tələb olunduğu istedadlı gənclərin bilikləri və bacarıqlarından istifadə olunmalıdır; necə ki, hər bir yerdə- korona vaksinindən tutmuş dəqiq raketlərədək olan sahələrdə uğur qazandılar.

İslam İnqilabının Böyük Rəhbərinin çıxışından öncə müxtəlif istehsal sahələrinin fəallarından on dörd nəfər öz fikir və baxışlarını bəyan edib.

 

Teqlər