Fev 05, 2022 14:18 Asia/Baku
  • Şəmxani: İranın nüvə hüquqları heç bir razılaşma ilə məhdudlaşdırıla bilməz

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib ki, ölkəsinin sülhməramlı nüvə hüququ heç bir razılaşma ilə məhdudlaşdırıla bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün öz şəxsi Twitter hesabında yazıb: "İranın sülhməramlı nüvə sahəsində tədqiqatı davam etdirmək, imkanlarını və nailiyyətlərini qorumaq və inkişaf etdirmək, həmçinin dəstəklənən pisliklərə qarşı təhlükəsizliyi ilə bağlı qanuni hüququ heç bir razılaşma ilə məhdudlaşdırıla bilməz".

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi bundan əvvəldə bir tvitdə yazmışdı ki, indiyə qədər İranın ABŞ-ın Vyanadakı nümayəndə heyəti ilə təmasları qeyri-rəsmi yazışmalar vasitəsilə olub və bundan artığına ehtiyac olmayıb və olmayacaq. 

"Bu üsul ancaq yaxşı razılıq olduqda başqa üsullarla əvəz oluna bilər", - deyə o, əlavə etmişdi. 

Teqlər