Fev 10, 2022 17:55 Asia/Baku
  • İran xalqı öz inqilab amallarına sadiqdir

İran İslam Respublikasının prezidenti İslam İnqilabı qələbəsinin ildönümü münasibətilə keçirilən Tehrandakı xarici səfirlərlə görüşdə vurğulayıb ki, İran xalqı öz inqilab amallarına sadiqdir

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bildirib ki, İslam İnqilabı xalqın onun sayıqcasına rəhbərliyi, ədalətsevərlik, azadlıqsevərlik, İslamın yüksək dəyərləri və prinsiplərinə dərin inamının məhsuludur.

Ölkə prezidenti deyib ki, bir çox hegemonçu güclər İranı səlahiyyəti çatan mövqedə qərar tapmaqdan çəkindirmək niyyətindədirlər.

Rəisi əlavə edib: Beləliklə, İran yerli səy hesabına, zəngin mədəniyyət, sivilizasiya və tarixə malik olmaqla beynəlxalq və regional siyasətdə inkarolunmaz bir reallıq, dost ölkə, mötəbər ortaq, qonşular və digər beynəlxalq ortaqlarla iqtisadi sinerji üçün özəl bir mərkəzdir.

İran prezidenti sonra belə qeyd edib: On üçüncü dövlətin xarici siyasəti əsas qanunda dərc olunmuş dəyər və prinsiplər əsasında, eləcə də İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinə istinad etməklə «qonşu, müttəfiq və eyni istiqamətli ölkələrlə maksimum anlaşma», «regional və beynəlxalq təşkilatların imkanlarına diqqət» və «iqtisadi diplomatiyanın genişləndirilməsi» kimi üçlü prioritetə söykənibdir.

Rəisi deyib: Bütün qonşularla əlaqələrin yüksəldilməsi istiqamətində təsirli addımlar atılıb və tranzit dəhlizlərinin və limanların gücləndirilməsilə qonşularla əməkdaşlıqların genişləndirilməsi yolunu təşkil etmişik.

Teqlər