Fev 14, 2022 13:14 Asia/Baku
  • Əli Şəmxani
    Əli Şəmxani

İranın Ali Milli Şurasının katibi bir tvitdə Əli Baqiri ilə baş tutan telefon danışığına toxunaraq, yazıb: "Dr. Baqiri ilə bu gecəki telefon danışığı Vyana danışıqları haqqında beynimdəki iki variantı təsdiqlədi".

SəhərAzəri-nin məlumatına əsasən, İranın Ali Milli Şurasının katibi Əli Şəmxani İranın Vyanadakı baş müzakirəçisi Əli Baqiri ilə apardığı telefon danışığı ilə bağlı Tvitter hesabında yazıb: "Dr. Bagheri ilə bu gecəki telefon danışığı Vyana danışıqları haqqında beynimdəki 2 variantı təsdiqlədi;

1. Tehranın məntiqli və qanuni göstərişlərini irəli sürməkdə İranlı müzakirəçilərin vəzifəsinin hər an çətinləşməsi

2. Qərb tərəflərinin öhdəliklərdən yayınma təşəbbüsü "şousunun" davam etdirilməsi".

Qeyd edək ki, Əli Şəmxani daha əvvəl fevralın 10-da bir tvitdə yazmışdı: "43 ildir ki, hərbi, elmi və mədəni cəbhələrdə cihad edərək, dünya quldurlarını müstəqilliyinə hörmətlə danışıqlar masasına oturmağa məcbur edən bir xalq məğlubedilməzdir. "Ləbbeyk ya Xomeyni" qəbul etdirilmiş müharibənin düyününü İnqilab cəbhəsinin xeyrinə açdığı kimi bu gün "Ləbbeyk ya Xamenei" şüarı ilə "Bəyan cihadı" başlanılmalıdır. 

Teqlər