Fev 20, 2022 13:24 Asia/Baku
  • Emmanuel Makron Seyid və İbrahim Rəisi
    Emmanuel Makron Seyid və İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti Fransa prezidentilə telefon söhbətində vurğulayıb ki, anlaşmaya çatmaq üzrə əsas məsələ, İran xalqının mənafeyinin təmin edilməsidir.

 SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Emmanuel Makronla telefon söhbətində bildirib ki, iranlı heyət ciddi surətdə Vyana müzakirələrini irəliyə doğru aparmaqdadır.

«İran müzakirələr boyu konstruktiv təkliflər irəli sürüb və digər müzakirə tərəflərinin irəli sürdükləri təklifləri onların İran xalqının maraqları ilə uyuşma miqdarı əsasında araşdırıbdır.»-deyən İran prezidenti qeyd edib ki, İran xalqına qarşı təzyiq vasitəsini qoruyub saxlamaq məqsədilə siyasi iddiaların irəli sürülməsi və ya təzyiqlərin göstərilməsi, anlaşmanın əldə edilməsi perspektivini zəiflədir.

Rəisi vurğulayıb ki, Vyanada hər hansı anlaşma/ problem və iddiaların qapanması, mötəbər zəmanətin verilməsi və sanksiyaların ləğvinə şamil olmalıdır.

Fransa prezidenti də bu telefon söhbətində bildiribdir ki, Vyana müzakirələrində yaxşı irəliləyişlər əldə olunub və müzakirələrin tez bir zamanda nəticə verəcəyinə ümid bəsləyirik.

 

Teqlər