Fev 20, 2022 13:35 Asia/Baku
  • 58 İran universiteti
    58 İran universiteti

İran Elm və Texnologiya Monitorinq İnstitutunun direktoru əlli səkkiz İran universitetinin İslam Dünyası universitetlərinin təsnifatında iştirak etdiyini bildirib.

 SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Dehqani 2021-ci ildə keçirilmiş İslam Dünyası universitetlərinin təsnifatının nəticələrinin yayılmasından xəbər verib. Bildirib ki, İrandan əlli səkkiz universitet iyirmi səkkiz islami ölkədən olan 398 universitet arasında bu siyahıda iştirak edir.

Dehqani əlavə edib: Nəticələrin araşdırılması göstərir ki, Tehran Tibb Ellmləri Universiteti on üstün universitet arasındadır. Ondan sonra Tehran Universiteti, Şəhid Beheşti adına Tibb Ellmləri Universiteti, Tehran Pedaqoji Universiteti, Şərif adına Tehran Sənaye Universiteti, İsfahan Sənaye Universiteti, İran Tibb Ellmləri Universiteti, Əmir-Kəbir adına Sənaye Universiteti, İsfahan Tibb Ellmləri Universiteti, Məşhəd Tibb Ellmləri Universiteti və Təbriz Tibb Ellmləri Universiteti bu təsnifatda iştirak edən əllinci yerdən yuxarıda duran ən yaxşı universitetlərdəndirlər.

 

Teqlər