İran Ukraynada münaqişə tərəflərini təmkinli olmağa çağırdı
“ABŞ və NATO-nun müdaxiləsi vəziyyəti mürəkkəbləşdirdi”
Fev 22, 2022 11:30 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, ABŞ və NATO-nun müdaxiləsi və təxribatçı hərəkətləri Ukraynada vəziyyəti daha da gərginləşdirib.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna ilə bağlı yaşanan olaylara və Rusiya prezidentinin qonşu ölkədəki iki separatçı regionun müstəqilliyini tanımasına münasibət bildirən Səid Xətibzadə qeyd edib ki, Tehran bu ölkə ilə bağlı məsələləri həssaslıqla izləyir.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İran İslam Respublikası bütün tərəfləri təmkinli olmağa çağırır və hesab edir ki, gərginliyi artıracaq istənilən hərəkətdən çəkinmək lazımdır.
İran hökumətinin rəsmisi bütün tərəfləri münaqişənin sülh və dialoq yolu ilə həlli üçün səy göstərməyə çağırıb.