İran regional elektrik qütbünə çevrildi
https://azeri.sahartv.ir/news/İran-i386237-İran_regional_elektrik_qütbünə_çevrildi
İran və Qətərin elektrik şəbəkələrinin dəniz elektrik ötürücü xəttindən istifadə ilə birləşdirilməsi, eləcə də İran, Rusiya və Azərbaycan Respublikasının energetika üzrə məsul şəxslərinin görüşü, İranın Qərbi Asiyanın elektrik qütbünə çevrilməsi istiqamətində iri addımlar hesab olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2022 10:10 Asia/Baku
  • elektrik qütbü
    elektrik qütbü

İran və Qətərin elektrik şəbəkələrinin dəniz elektrik ötürücü xəttindən istifadə ilə birləşdirilməsi, eləcə də İran, Rusiya və Azərbaycan Respublikasının energetika üzrə məsul şəxslərinin görüşü, İranın Qərbi Asiyanın elektrik qütbünə çevrilməsi istiqamətində iri addımlar hesab olunur.

SəhərAzəri-nin məlumatına əsasən, Son bir neçə gün ərzində İran prezidentinin və onu müşayiət edən yüksək vəzifəli nümayəndə heyətinin Qətərə səfəri ilə bir zamanda, enerji sektorundakı yaxşı xəbərlər on üçüncü hökumətin qonşularla münasibətlərin inkişafına prioritetvermə ilə iqtisadi diplomatiya sahəsində həlledici dönüş yaratmasının nəticələrini keçmişdəkindən daha çox hamıya aşkar edibdir.

İranın yüksək vəzifəli nümayəndə heyətinin görüşləri haqda ilk xəbər, İran və Qətər arasında iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması olub.

Əslində İran və Qətərin elektrik şəbəkələrinin dəniz elektrik ötürücü xəttindən istifadə ilə birləşdirilməsi xəbəri İranın regionun enerji qütbünə çevrilməsi istiqamətinə qayıdışı üçün ilk addım hesab oluna bilər.

İran və Qətər arasında iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması xəbərindən əlavə, İranın nümayəndə heyətinin cənub qonşusundakı iştirakının son saatlarında digər bir xoş xəbər yayıldı.

Bu çox müsbət xəbər, qaz İxrac edən ölkələrin dövlət başçılarının zirvə görüşünün kənarında baş verib və Rusiya və Azərbaycan Respublikasının energetika nazirləri Dohada İranın energetika naziri ilə görüşüblər.

Görüşün əsas mövzuları arasında İran, Rusiya və Azərbaycan Respublikasının elektrik şəbəkələrinin sinxronlaşdırılması və bir-birilərinə qoşulması layihəsinin nəzərdən keçirilməsi olub.

İranın energetika nazirliyinin qeyd olunan layihənin icrasını dəstəkləməyə və reallaşdırmağa hazır olduğunu bildirən İran İslam Respublikasının energetika naziri vurğulayıb: Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması təsisatlarında regionda lider mövqe tutan və birinci güc olan, eləcə də kənd və şəhərlərin elektrikləşdirilməsi sahəsində yüksək beynəlxalq göstəricilərə malik olan İran, bu layihəni öz prioritetlərindən biri və yalnız qonşu ölkələrlə deyil, həm də region ölkələri ilə, xüsusilə də böyük Rusiya ölkəsi ilə elektrik mübadiləsini genişləndirməyi vacib hesab edir.

Rusiyanın energetika naziri də bu məsələnin əhəmiyyətini vurğulayıb və layihənin daha çox araşdırılmasına,/ həmçinin iqtisadi, texniki və ekoloji araşdırmalarının nəticələrinin təqdimatında layihə məsləhətçisini daha diqqətli və dəqiq olmağa çağırıb.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov da bu layihəyə tam dəstək verdiyini vurğulamaqla deyib: Avropa ölkələrinin elektrik şəbəkələrinin bir-birilərinə qovuşduqları və fövqəladə hallarda bir-birilərinə kömək edə bildikləri kimi, hazırkı layihənin perspektivi də nəinki üç ölkənin elektrik şəbəkələrinin etibarlılığını artırır, həm də uzunmüddətli perspektivdə, regionun enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Mövcud sənədlərə əsaslanaraq, İranın şimal enerji dəhlizi layihəsi çərçivəsində «AİR» elektrik əlaqəsi xətti adlı istiqamətdən İran, Rusiya və Azərbaycan Respublikasının elektrik şəbəkələrinin qovuşması üç ölkənin gündəmində durur.