Fev 25, 2022 08:02 Asia/Baku
  • Rəisi: NATO-nun şərqə doğru genişlənməsi gərginlik yaradır

İran İslam Respublikası və Rusiya Federasiyasının prezidentləri telefonla beynəlxalq hadisələr və nüvə müzakirələri barədə fikir mübadiləsi aparıblar.

SəhərAzəri-nin məlumatına əsasən, tərəflər Ukrayna ilə bağlı son vəziyyəti, İranın nüvə proqramı üzrə danışıqları müzakirə ediblər.

Söhbət zamanı İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bildirib ki, NATO-nun şərqə doğru genişlənməsi gərginlik yaradır.

Onun sözlərinə görə, “NATO-nun genişlənməsi müxtəlif sahələrdə müstəqil ölkələrin sabitliyi və təhlükəsizliyi üçün ciddi təhdiddir”.

Prezident baş verənlərin xalqların və regionun xeyrinə olacağına ümid etdiyini bildirib.

Ayətullah Rəisi sonra nüvə müzakirələrinə toxunaraq deyib: İran İslam Respublikası qalıcı bir razılaşma axtarır.

Rusiya prezidenti Vladimir Putin də telefon danışığında mövcud vəziyyəti təhlükəsizlik müqavilələrinin onilliklər ərzində pozulmasına və Qərbin ölkəsinin təhlükəsizliyini pozmaq cəhdlərinə legitim cavab kimi qiymətləndirib.

Rusiya prezidenti İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə fəal əməkdaşlığına toxunaraq, nüvə müzakirələri üzrə iki tərəf arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Teqlər