Ukrayna böhranı; ABŞ-ın iflasa uğramış cəhdlərinin digər bir nümunəsidir
İranın kəşfiyyat naziri Ukrayna böhranını ABŞ-ın super güc statusunu saxlamaq üçün uğursuz cəhdlərinin digər bir nümunəsi kimi dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın dünyada fövqəldövlət imicini qoruyub saxlamaq siyasətinin həmişə uğursuzluğa düçar olduğunu bəyan edən İranın kəşfiyyat naziri Höccətülislam Seyid İsmayıl Xətib Ukrayna böhranını ABŞ-ın başçılıq etdiyi Qərbin uğursuz cəhdlərinin digər bir nümunəsi kimi dəyərləndirib.
İranın kəşfiyyat naziri vurğulayıb ki, ABŞ və Qərb-in NATO mərkəzli yeni ittifaqları canlandırmaq və qurmağa çalışdığını bəyan edərək, əlavə edib: "Bununla belə ABŞ-ın çəkdiyi bütün xərclərə baxmayaraq, onun İraq, Əfqanıstan və Suriyadan rəzilliklə çıxdığını görürük".
Şimali Atlantika Alyansı NATO-nun Ukraynanın üzvlüyünü qəbul etməkdən məqsədinin Rusiya və Çini hərbi blokadaya salmaq olduğunu qeyd edən Höccətülislam Xətib vurğulayıb: "Əgər NATO lazımi gücə malik olsaydı, ABŞ Əfqanıstan və Yəməndə istədiyinə nail ola bilərdi, lakin biz faktiki olaraq NATO müttəfiqlərinin Qərbi Asiyada zəiflədiyini görürük".
İranın kəşfiyyat naziri NATO-nun şərqə doğru genişlənməsinin gərginlik amili və müxtəlif bölgələrdə ABŞ-ın dominantlığına qarşı çıxan müstəqil dövlətlərin sabitliyi və təhlükəsizliyinə qarşı ciddi təhdid olduğunu söyləyib.