Qəblilər danışıqları bundan artıq uzaltmasınlar
Xətibzadə: Qırmızı xətlərimizdən keçməyəcəyik
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, biz indi elə bir nöqtədəyik ki, İranın qırmızı xətlərini keçməyəcəyinə dair heç bir şübhə yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə həftəlik mətbuat konfransında Vyana danışıqlarının son durumu ilə bağlı deyib: "Hazırkı vəziyyətdə İranın qırmızı xətləri ilə bağlı Vaşinqton və Avropa üçün heç bir anlaşılmazlığın olmadığını düşünürük. Biz digər tərəflərin danışıqları daha çox uzatmamasını gözləyirik".
"İranın baş müzakirəçisi Əli Baqiri Kəni sanksiyaların ləğvi və nüvə proqramı ilə bağlı siyasi iddialarla bağlı məsələlərin həll olunmasından əmin olmaq üçün bu gün səhər Vyanaya gedib və yaxın günlərdə qarşı tərəfin qərarını verib-vermədiyini görəcəyik", - deyə o əlavə edib.
Razılaşmanın 2015-ci ildə əldə edildiyini bildirən sözçü, İranın danışıqlar qrupunun yeni razılaşma üçün Vyanada olmadığını bildirib.
"2015-ci il razılaşmasının bu dəfə ABŞ və üç Avropa ölkəsi tərəfindən lazımi şəkildə həyata keçirilməsi üçün Vyanadayıq", - deyə o, əlavə edib.
Xətibzadə deyib: "Biz Əhatəli Müştərək Təşəbbüs Proqramı üzərindəki öhdəliklərdən başqa heç nə qəbul etməmişik və qəbul etməyəcəyik və İran xalqının iqtisadi maraqlarından başqa heç nəyi müzakirə etməmişik və qəbul etməyəcəyik".
İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Qərbin sədaqətsizliyi və bir neçə il İran xalqına dəymiş ziyan ucbatından daha sanksiyaların daha dayanıqlı ləğvi ilə bağlı danışıqlar aparırıq".