Mart 02, 2022 12:25 Asia/Baku
  • BMT
    BMT

İranın BMT-dəki daimi nümayəndəliyi bu təşkilatın Təhlükəsizlik Şurasına bir məktub ünvanlayaraq, amerikali senatorun mənfur və iyrənc açıqlamalarına etiraz edib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin işğal olunmuş ərazilərinə səfər edən ABŞ senatoru Lindsey Graham sionist rejim medialarına verdiyi müsahibədə bu rejimin rəsmilərini İranın nüvə alimlərinə qarşı daha çox sui-qəsdlər həyata keçirməyə təşviq etmişdi.

İranın BMT-dəki daimi nümayəndəliyinin məktubunda deyilir: "Bu cür iyrənc, nifrətli və qınaq doğuran ifadələr İsrail rejiminin İranın nüvə alimlərinə qarşı daha çox terror aktları həyata keçirməsi üçün yaşıl işıq kimi çıxış edir və bu, ABŞ-ın beynəlxalq öhdəliklərini, xüsusən də ölkələri terror aktlarına təhrik etməyi qadağan edən qətnamələri açıq şəkildə pozduğunu göstərir".

Məktubda əlavə olunub: İsrail rejiminin İranın dinc nüvə fəaliyyətlərinə qarşı təxribat əməliyyatlarındakı uzun keçmişi, o cümlədən son illərdə bir neçə iranlı nüvə aliminin qorxaqcasına terror edilməsi, həmçinin Stuxent zərərli proqram təminatından istifadə etməklə İranın nüvə obyektlərinə qarşı birgə ABŞ-İsrail kiber əməliyyatları nəzərə alınmaqla, ümumilikdə beynəlxalq ictimaiyyət və xüsusilə Təhlükəsizlik Şurası bu cür təxribat xarakterli hərəkətləri və regionda sabitliyi pozan terror aktlarına təşviq etməyi qəti şəkildə pisləməlidir.

Məktubun davamında deyilir: "İran İslam Respublikası İsrail rejiminin avantürası və onun bölgədə sülh və əmin-amanlıq üçün nəticələri barədə xəbərdarlıq edərək, bu cür hərəkətlərə cavab vermək üçün beynəlxalq hüquqa uyğun olaraq bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayır".

Teqlər