Vyanada nəticəyə çatmağı sürətləndirmək üçün təşəbbüslər gündəmdədir
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Vyana danışıqlarında nəticə əldə etməyi sürətləndirmək üçün təşəbbüslərin gündəmdə olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Vyana şəhərinin Kuborq otelində İran ilə 4+1 qrupu ölkələri (Almaniya, Fransa, Britaniya, Rusiya və Çin) eləcə də Avropa İttifaqının koordinatoru arasında Vyana danışıqlarının səkkizinci raundu çərçivəsində məsləhətləşmələr davam edir.
Danışıqlar İranın müzakirə heyətinin təşəbbüsü sayəsində irəliləyib, lakin Qərbin, xüsusən də Co Bayden administrasiyasının ABŞ-ın keçmiş administrasiyasının qanunsuz hərəkətlərini kompensasiya etmək üçün ləngiməsi və maksimum təzyiq kampaniyasını davam etdirməsi, bu ölkənin nüvə anlaşmasına qayıtmaq üçün ciddiliyini şübhə altına alıb və danışıqlar prosesini uzadıb.
İran İslam Respublikası məsuliyyətli bir ölkə kimi dəfələrlə bəyan edib ki, ABŞ-ın nüvə anlaşmasını pozan tərəf olduğunu nəzərə alaraq, bu ölkə sanksiyaları ləğv etməklə razılaşmaya qayıtmalı və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yoxlanılmalıdır.
Bu istiqamətdə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bazar ertəsi günü bir tvitdə yazıb: "Vyana danışıqlarında iştirak edən ölkələrin müsbət və mənfi hərəkətləri maraqların təmin edilməsinə yönəlib və bu başa düşüləndir".
Şamxani əlavə edib: "İranın 4+1 ölkələri ilə qarşılıqlı fəaliyyətinə təsir edən yeganə amil iranlıların maraqlarının təmin edilməsidir".
Şəmxani qeyd edib ki, nəticə əldə etməyi sürətləndirmək üçün danışıqlarda yeni effektiv komponentlərin qiymətləndirilməsi və danışıqlar təşəbbüslərinin qəbulu gündəmdədir