Apr 05, 2022 16:48 Asia/Baku
  • Hir körpüsü
    Hir körpüsü

İranın Ərdəbil vialyətində yerləşən Hir körpüsü İranda və dünyada ilk tamşüşəli və tağlı körpü sayılır.

SəhərAzəri-nin məlumatına əsasən, Təbiətin qoynunda yerləşən Hir asma körpüsü hər bir şəxs üçün gözoxşayan və gözəldir. Bu körpü Ərdəbil vialyətinə səfərdə turistlərin müraciət etdikləri ən mühüm məkandır.

İranlı mühəndislər tərəfindən salınmış Hir asma körpüsünün bütün şüşə hissələri və metal kabelləri İran məhsuludur.

Uzunluğu iki yüz metrə çatan bu asma körpü yerdən təqribən yüz metr hündürlükdə yerləşir.

Dünyanın ilk tamşüşəli və tağlı körpüsünün eni, 120 santimetr, şüşələrinin qalınlığı isə üç santimetrdir.

Gözəl təbiətə və saysız-hesabsız turizm cazibələrinə malik olan Ərdəbil vialyəti yaz fəslində turistlərin bu xoş iqlimli bölgəyə səyahəti üçün mühüm məkan sayılır.

 

Teqlər