İran Ukraynada siyasi həll yoluna çağırıb
Ukrayna böhranına toxunan İran xarici işlər naziri savaş və sanksiyanı rədd edib. Deyib ki, İran Ukraynada siyasi həll yolu üzərində təmərküzləşməyə çağırır.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dünən Macarıstanın xarici işlər naziri Piter Siyyarto ilə telefon söhbətində onu hakim FİDES partiyasının bu ölkənin parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Əmir-Abdullahian İran İslam Respublikasının Macarıstanla əlaqələri genişləndirməyə və iki ölkənin birgə iqtisadi komissiyasının müxtəlif sahələr üzrə ikinci iclasında əldə olunmuş razılaşmaları həyata keçirməyə hazır olduğunu bildirib.
İranın xarici işlər naziri Vyana müzakirələrinə də toxunub: İranın təşəbbüslərinə əsasən, müzakirələrdə mühüm irəliləyilşlər əldə olunub, amma İranla Amerika arasında bəzi mövzular hələ də öz həllini tapmayıb və Avropa Birliyinin baş müzakirəçisi vasitəsilə onların barəsində mesajlar mübadiləsi davam edir.
Əmir-Abdullahian həmçinin amerikan tərəfin realist olacağı təqdirdə, İranın yaxşı və stabil bir razılaşmaya nail olmaq sahəsində ciddi olduğunu vurğulayıb.
Macarıstanın xarici işlər naziri Piter Siyyarto da bu telefon söhbətində öncə iranlı həmkarını ölkəsinə səfərə dəvət edib. Sonra vurğulayıb ki, Macarıstan hökumətinin xarici siyasəti çərçivəsində İran İslam Respublikası ilə ikitərəfli həmkarlıqların genişləndirməsinə sadiqdir.
Siyyarto qeyd edib ki, Tehranın Vyana müzakirələrində yekun razılaşmanın əldə olunmasına olan konstruktiv yanaşması olduqca dəyərlidir.