Apr 12, 2022 10:58 Asia/Baku
  • Bu gün Həzrət Xədiceyi-Kübranın (ə) vəfat günüdür

Mübarək Ramazan ayının 10-u böyük İslam xanımı, Həzrət Rəsuli-Əkrəmin (s.ə.s) vəfalı həyat yoldaşı və "möminlər anası" Həzrət Xədiceyi-Kübranın (ə) vəfat günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İslam Peyğəmbərin həyat yoldaşı həzrəti Xədicə hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açmışdır. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim idi. O, islamı qəbul edən ilk qadın idi. 

Həzrəti Xədicə (ə) 40 yaşında ikən Rəsuli-Əkrəm ilə ailə həyatı qurur. 

O həzrət çox iffətli və ismətli olduğu üçün cahiliyyət zamanında ona "Tahirə” ləqəbi vermişdilər.

Həzrət Xədicə (ə.s) 24 il Peyğəmbərlə ömür sürüb. Bu müddət ərzində o həzrətin kədərinə, çətinliklərinə şərik olub.

Peyğəmbəri-Əkrəm Xədicənin haqqda buyurub: "Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi."

Bu alicənab xanımın Məkkə şəhərində, "Əbu Talib" qəbiristanlığında yerləşən pak qəbri müsəlmanlar tərəfindən ziyarət olunur.

Teqlər