İran İslam Respublikasının prezidenti neft ixracı məsələsinə aydınlıq gətirdi
Rəisi: İran bu gün neftini asanlıqla ixrac edir
İran İslam Respublikasının prezidenti bəyan edib ki, onun ölkəsi sanksiyalara baxmayaraq bu gün nefti asanlıqla ixrac edir.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Əhli-Beyt (ə) zakirləri ilə görüşdə deyib: “Sanksiyalara baxmayaraq hazırki dövrdə neftin ixracı asanlıqla həyata keçirilir”.
Onun sözlərinə görə, əvvəllər neftin müxtəlif müqavilələr bağlanaraq satıldığı bir vaxtda bu gün İran onu asanlıqla ixrac edir. Sözügedən məsələ bununla sübut olundu ki, nəyisə etmək üçün ciddi iradə varsa, onun qarşısında dayana biləcək heç bir maneə qalmayacaq”, - deyə Rəisi əlavə edib.
Qeyd edək ki, bundan öncə İranın neft naziri Cavad Ouci gündəlik neft hasilatının sanksiyalardan öncəki dövrdəki miqdara yüksəldiyini bildirib.
İran sanksiyalardan öncə günə 3,5 - 3,8 milyon barel neft hasilatına malik idi.