Apr 14, 2022 14:46 Asia/Baku
  •  Cenin tək qalmayacaq

Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi deyib ki, Qüdsü işğal etmiş rejim tərəfindən fələstinlilərin qanlarının axıdılması, bu rejimin siyasi və təhlükəsizlik məğlubiyyətini gizlətmək üzrə bir səydir.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim hərbçiləri son günlər dəfələrlə İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin düşərgəsinə basqın ediblər. Bu hücumlarda azı dörd fələstinli şəhid edilib, onlarla nəfər də yaralanıbdır.

Ramullahda Cenin əhalisinə dəstək yürüşündə iştirak edən Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa Əlbərğusi deyib ki, fələstinlilərin yatırılmaları bu diyarın xalqının iradəsi və müqavimətini qıra bilməyəcək.

Əlbərğusi əlavə edib: Hal-hazırda ən mühüm məsələ, Cenin əhalisinə göndərəcəyimiz mesajdır. Bu mesaj ondan ibarətdir ki; biz sizinləyik və sizi tərk etməyəcəyik və işğalçı rejimin sizi mühasirə etməsinə icazə verməyəcəyik.

Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi söyləyib: Biz Qüdsü işğal etmiş rejimin Qəzzə zolağına qarşı mühasirəsilə mübarizə apardığımız kimi, bu rejimin Fələstin xalqına qarşı hər hansı kütləvi cəzaları ilə hər hansı məkanda mübarizə aparacağıq.

Teqlər