Tehran güclü, başıuca və müttəfiq İraqın tərəfdarıdır
İran İslam Respublikasının prezidenti İraqın xarici işlər nazirilə görüşdə vurğulayıb ki, İran güclü, başıuca və müttəfiq İraqın tərəfdarıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün Tehranda İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşdə İran və İraq xalqlarının dini, tarixi və mədəni ortaqlıqlarına işarə ilə, deyib ki, iki ölkə əlaqələri adi qonşuluq əlaqələrindən daha genişdir və İranın iradəsi bu qardaşcasına əlaqələrin maksimum şəkildə möhkəmləndirilməsinə köklənib.
Tehran və Bağdadın müştərək təhlükəsizliyə və maraqlara malik olduqlarını diqqətə çəkən İran prezidenti əlavə edib: Tehran və Bağdadın təhlükəsizlik və maraqları bir-birinə peyvənd olub və düyünlənibdir. Düşmənlər heç vaxt bu əlaqələrə xələl gətirə bilməzlər.
Tehranın İraq xüsusiyyət təşkil etməklə qonşu ölkələrdən ciddi gözləntisinin, İran İslam Respublikasının təhlükəsizliyini pozacaq heç bir iştiraka icazə verməyəcəkləri olduğunu qeyd edən Rəisi deyib: İran öz qardaşlığını əməldə qonşulara sübut edib və qonşu ölkələrin də düşmənlərin fitnələri ilə bağlı sayıq olmalarını gözləyir.
Rəisi söyləyib: İran sionist rejimin hərəkətlərinə diqqətlə nəzarət edir və bu uşaqöldürən rejimlə həmkarlıq gizlədilə bilməz. Heç bir vəchlə onlara İraq da daxil olmaqla hər hansı bir ölkə vasitəsilə regionun təhlükəsizliyini xətərə salmaq icazəsi verməyəcəyik.
İran prezidenti bildirib ki, İŞİD Amerika və İsrail rejim tərəfindən düzəldilib və bu gün onların yerinə, Əfqanıstanda fəaliyyət göstərir.
Rəisi deyib: İran bir neçə on il əfqan didərginlər və miqrantlara ev sahibliyi edib. Onlar bir iranlı kimi İrandakı yaşayış məziyyətlərinə malikdirlər.
İraqın xarici işlər naziri də deyib ki, İraq özünü, İranın təkcə qonşusu deyil, həm də müttəfiqi və dostu hesab edir.
Fuad Hüseyn söyləyib: İraq heç vaxt İranın təhlükəsizliyi əleyhinə hərəkət yeri olmayacaq. Biz İranın maraqlarına qarşı hər hansı təhdidin baş verməsinin qarşısını almaq üçün təhlükəsizlik sahəsi də daxil olmaqla bütün sahələrdə geniş əməkdaşlığa hazırıq.