"Pasto CoAd" vaksininin preklinik nəticələri beynəlxalq jurnalda dərc edilib
https://azeri.sahartv.ir/news/İran-i388083-pasto_coad_vaksininin_preklinik_nəticələri_beynəlxalq_jurnalda_dərc_edilib
İranın Pastor İnstitutunun Adenovieuslar əsasında hazırladığı "Pasto CoAd" peyvəndinin preklinik tədqiqatlarının nəticələri nüfuzlu beynəlxalq “Vaksin” jurnalında dərc olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2022 15:04 Asia/Baku

İranın Pastor İnstitutunun Adenovieuslar əsasında hazırladığı "Pasto CoAd" peyvəndinin preklinik tədqiqatlarının nəticələri nüfuzlu beynəlxalq “Vaksin” jurnalında dərc olunub.

SəhərAzəri-nin məlumatına əsasən, əhəmiyyətli effektivliklə yanaşı, sürətli istehsal və yenidən dizayn olunma qabiliyyəti kimi mühüm xüsusiyyətlərə malik olan adenovirus əsaslı peyvəndlərin istehsalı texnologiyası çox az sayda ölkənin ixtiyarındadır.

"Pasto CoAd" vaksininin dizaynında effektli vaksin istehsal edilsin deyə, oxşar vaksinlərdə istifadə olunan sünbül zülalından əlavə, COVİD-19-un nukleokapsid zülalından da istifadə olunub. 

Nüfuzlu beynəlxalq "Vaccine" jurnalında dərc olunan "Pasto CoAd" peyvəndi ilə bağlı araşdırmanın nəticələri göstərir ki, peyvənd hüceyrə immun sistemini COVİD-19 virusuna qarşı stimullaşdırmaq, eləcə də COVİD-19-un Vuhan, Lambda, Delta və Omicron kimi müxtəlif variantlarına qarşı neytrallaşdırıcı anticisimlər istehsal etmək qabiliyyətinə malikdir. 

Bu, ölkə daxilində ilk koronavirus peyvəndi layihəsidir ki, klinik sınaq lisenziyası üçün müraciət etməzdən əvvəl preklinik nəticələrini dərc etməyə müvəffəq olub.