Əl-Əqsada yaşanan olaylar İranı narahat edir
Məscid beynəlxalq qanunlar çərçivəsində qorunmalıdır
İran əl-Əqsa məscidinin beynəlxalq qanunlar çərçivəsində qorunmasını tələb edib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxt-Rəvançi İsrail rejiminin əl-Əqsa məscidinə basqınlarını pisləyib və müsəlmanların müqəddəslərinə qarşı hər hansı bir şəkildə zorakılığın nəticələri barədə xəbərdarlıq edib.
M.Təxti-Rəvançi bu müqəddəs məkanın hüquqi və tarixi statusunun beynəlxalq qanunlar çərçivəsində qorunmasının vacibliyini vurğulayıb.
Taxt-Rəvançi BMT Təhlükəsizlik Şurasının Fələstində baş verənləri araşdırmaq üçün keçirilən iclasdakı çıxışında işğalçı İsrailin Fələstin xalqına qarşı zorakılıqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının susqunluğunu və hərəkətsizliyini tənqid edib.
O deyib: “Nə qədər ki, Təhlükəsizlik Şurası bu cinayətlərə səssiz qalmağa davam edir, fələstinlilər haqqlarını ala bilməyəcəklər.”
M.Təxt-Rəvançi əlavə edib: “BMT Təhlükəsizlik Şurasının hazırkı mövqeyinin davam etdirilməsi yalnız İsraili öz əməllərində təşviqləndirir, onu işğala və məzlum Fələstin xalqına qarşı cinayətlərini davam etmək üçün daha cəsarətli edir. İndi Fələstin xalqına qarşı cinayətlər tam sənədləşdirilib və inkaredilməzdir. Bunlar beynəlxalq qanunlara əsasən müharibə cinayətləri hesab olunur və bu cinayətləri törədənlər təxirə salınmadan ədalət qarşısında cavab verməlidirlər.”
Diplomatın sözlərinə görə, Təhlükəsizlik Şurası Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öz öhdəliklərini yerinə yetirməli və İsraili malik olduğu bütün hüquqi vasitələrlə hesaba çəkməlidir. BMT Təhlükəsizlik Şurası da əmin olmalıdır ki, hərbi cinayətlər diqqətdən kənarda qalmayacaq.