Terrorizmə qarşı savaş Suriyanın suverenliyi əleyhinə bir bəhanə olmamalıdır
https://azeri.sahartv.ir/news/İran-i388498-terrorizmə_qarşı_savaş_suriyanın_suverenliyi_əleyhinə_bir_bəhanə_olmamalıdır
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: Suriya böhranı işğalçılığa son qoyulmadan və terror hədələrinin kökü kəsilmədən həllediləsi deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2022 11:57 Asia/Baku
  • Terrorizmə qarşı savaş Suriyanın suverenliyi əleyhinə bir bəhanə olmamalıdır

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: Suriya böhranı işğalçılığa son qoyulmadan və terror hədələrinin kökü kəsilmədən həllediləsi deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti-Rəvançi BMT Təhlükəsizlik Şurasının Suriyada siyasi və humanitar olaylara həsr olunmuş yığıncağında deyib: Suriyada savaşın başlandığı on ildən çox bir vaxtda bu ölkədə humanitar ehtiyaclar özünün ən yüksək həddinə çatıbdır.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bildirib ki, hazırkı iqtisadi böhran adi əhaliyə, xüsusən uşaqlara, qadınlara, yaşlılara və əlillərə təsir göstərib.

O, deyib: Ağır insani vəziyyətə əsasən, Suriya xalqına qarşı birtərəfli sanksiyaların ləğvi, hər zamandakından həyatidir.

«Terrorizmə qarşı savaş, Suriyanın suverenliyi və ərazi bütövlüyünün zəiflədilməsi üçün bir bəhanə olmamalıdır» deyən Təxti-Rəvançi söyləyib: Xarici qüvvələrin terror fəaliyyətləri üçün ideal bir şərait yaratmış xarici qüvvələrin Suriyanın bəzi hissələrindəki qanunsuz iştirakına dərhal son qoyulmalıdır.