Apr 27, 2022 18:16 Asia/Baku
  • İraq məclisi Tehran-Bağdad sinerjisində təsirli ola bilər

İran prezidenti deyib ki, İraqın yeni məclisi keçmişdəki kimi İran və İraqın ictimai və iqtisadi inteqrasiyası və sinerjisində təsirli rola malik ola bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi İraq məclisinin sədri Məhəmməd Əlhəlbusi ilə görüşdə iki ölkənin bir neçə minillik dostluq və qonşuluq keçmişinə işarə ilə deyib ki, iki ölkə, əlaqələri hərtərəfli şəkildə genişləndirməyə əzmkardır və heç bir amil İran və İraq xalqlarının dərin və dostcasına münasibətlərini poza bilməz.

İraq məclisinin sədri Məhəmməd Əlhəlbusi də iki ölkə əlaqələrinin davam etməsi və gücləndirilməsi vacibliyini vurğulayıb. Bildirib ki, hər iki ölkə çətin illəri arxada qoyub və onlar qarşılıqlı əməkdaşlıqla öz xalqları üçün fərqli bir gələcək qura bilərlər.

 

Teqlər