Ayətullah Nuri Həmədaninin Qüds günü münasibətilə bəyənatı
"Qüds İslam Dünyasının təxirəsalınmaz məsələsidir"
Şiələrin təqlid mərcəyi Ayətullah Nuri Həmədani bəyənat verərək, Qüds günü yürüşündə bütün xalqı fəal iştiraka səsləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Nuri Həmədaninin Ümumdünya Qüds günü münasibətilə bəyənatının mətni belədir:
Bismillahir-rəhmanir-rəhim.
Uzun illərdir ki, bəşəriyyət bir dəstə qəsbkarın məzlum bir xalqa zülmünə şahiddir. Bu zülmlər hər gün artmaqdadır. Beynəlxalq təşkilatların sükutu daha öldürücü və sarsıdıcıdır. Mərhum İmam Xomeyninin buyurduğu kimi; İslam dünyasının əsas və təxirəsalınmaz məsələsi, müqəddəs Qüds məsələsidir.
Hər bir azad insana vacibdir ki, istənilən mümkün yolla, uşaq qatili və qeyri-qanuni sionist rejimin cinayətlərinə öz etirazını bildirsin və fəal iştirakla bu cinayəti pisləsin.
İnşaallah İran xalqı növbəti dəfə bu təcavüz və zülmü pisləyəcəkdir. Şübhə yoxdur ki, Allah Təalanın iradəsi və dünyanın azad xalqlarının birliyi ilə, qeyri-qanuni sionist rejim məhv olacaqdır.