May 04, 2022 14:06 Asia/Baku
  •  idman karvanı
    idman karvanı

Yetmiş üç kiloqrama qədər çəki dərəcəsində yarışan iranlı cüdoçu Əmir Məhəmmədi-Dəftəri eşitmə qabliyyəti olmayan idmançıların Braziliyada keçirilən 2021-ci olmpiya oyunlarında ilk qızıl medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən gecə bu yarışların davamında iranlı cüdoçu güclü koreyalı rəqibinə qalib gəlib və qızıl medal əldə edib.

66 kiloqrama qədər çəki dərəcəsində yarışan Əli Sələhşur da gümüş medal sahibi olub.

İran cüdoçuları bu gün üç digər çəki dərəcəsində rəqiblərilə qarşılaşacaqlar.

Eşitmə qabliyyəti olmayan idmançıların 24-cü olimpiya oyunları səksən ölkədən dörd mindən çox idmançının iştirakı ilə bazar günündən başlanıb və iyirmi idman növündə yarışlardan və qaliblərin təqdim olunmasından sonra mayın on beşində öz işini başa vuracaq.

İranın idman karvanı bu yarışlarda on altı qadın və 59 kişi idmançı ilə iştirak edir. Bu idmançılar səkkiz idman növündə mübarizə aparacaqlar.

Teqlər