May 10, 2022 17:15 Asia/Baku
  • İran peyk ilə çəkdiyi görüntüləri yayımlayı

İran İslam Respublikası ilk dəfə orbitə göndərdiyi süni peykin ABŞ bazaları üzərindən çəkdiyi görüntüləri yayımlayıb. 

SəhərAzəri-nin məlumatına əsasən, İranın Rabitə və İnformasiya Texnologiyaları naziri İsa Zarepur rəsmi instaqram səhifəsində “Nur-2” süni peykin çəkdiyi fotolardan bir neçəsini yayımlayıb.

O, bildirib ki, yerin 500 km hündürlüyündən çəkilən rəngli və dəqiq fotolar ölkənin gənc alimlərinin zəhmətinin bir nümunəsidir.

Bundan savayı "Sepah"a yaxın olan KİV-lər də Bəhreyndə yerləşən ABŞ hərbi bazası üzərindən bir neçə foto yayımlayaraq, onun “Nur-2” sünu peykin tərəfindən çəkildiyini və yerdəki stansiyalara yenicə göndərildiyini deyiblər.

Teqlər