Əbu-Aqilənin sionistlər tərəfindən şəhid edilməsi barədə
İranın sərhədaşırı teleradio bölməsi bəyanat verib
İranın Teleradio Təşkilatının sərhədaşırı bölməsi Şirin Əbu-Aqilənin sionist rejim tərəfindən şəhid edilməsi ilə bağlı bəyanat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən,bəyanatda Şirin Əbu-Aqilənin timsalında vicdanlı fəaliyyət göstərən və sionist rejimin cinayətlərini tam çılpaqlığı ilə beynəlxalq ictimaiyyətin ümumi fikrinə çatdırarkən öldürülən jurnalistlərlə həmrəylik nümayiş etdirilir.
Bəyanatda sionist rejimin jurnalistlərin fiziki məhvinə dair sionist rejim hərbçilərinin davamlı cinayətləri pislənilib, bu kimi cinayətlərin bəşəriyyətin tarixi yaddaşından silinməyəcəyi vurğulanır.
Bəyanatda İranın Teleradio Təşkilatının sərhədaşırı bölməsində fəaliyyət göstərən jurnalistlərin işğal olunmuş Fələstində sionistlərin cinayətlərinə eləcə də dünyanın digər böhranlı regionlarında hücumlara məruz qaldıqları xatırlanır və buna görə də sionist rejim tərəfindən şəhid edilən jurnalistlərin kədərini ailə üzvləri kimi bölüşdüyü bildirilir.
Əlcəzirə Telekanalının müxbiri Şirin Əbu-Aqilə bu gün işğal olunmuş Fələstinin Cenin şəhərində jurnalist jileti əynində olarkən jurnalistik fəaliyyət zamanı sionist rejim hərbçiləri tərəfindən odlu silahla hədəfə alınaraq şəhid edilib.