Sepah generalı xəbərdarlıq etdi
Düşmənlərin hərəkətləri anbaan izlənilir
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı deyib ki, düşmənlərin İrana yaxın bölgələrdəki hərəkətləri anbaan izlənilir.
SəhərAzəri-nin məlumatına əsasən, kontr-admiral pasdar Əlirza Təngsiri Fars informasiya agentliyilə müsahibədə ölkənin su ərazilərinin təhlükəsizlik durumu barədə danışıb. O, düşmənlərin İran İslam Respublikasının nəzarəti altında olan su sərhədlərinin ətrafındakı iştiraklarına işarə ilə deyib ki, ölkənin su sərhədlərində tam təhlükəsizlik bərqərardır və bu sərhədləri heç bir təhlükə təhdid etmir.
Kontr-admiral Təngsiri Sepah-ın dəniz qüvvələrinin şücaətli döyüşçülərinin döyüş hazırlıqları və qabiliyyətlərinə təkidlə əlavə edib: İnqilabçı gənclərin, həmçinin qeyrətli və mömin qüvvələrin mövcud olmaları ilə bizim su ərazilərimizdə heç bir düşmən yoxdur.
İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı həmçinin bildirib ki, Sepah-ın dəniz qüvvələri İran İslam Respublikasının su sərhədlərinin on iki milliyində yerləşirlər. O, bildirib ki, İran İslam Respublikasının nəzarəti altında olan su sərhədlərinin yaxınlığında yerləşən düşmənlərin hərəkətləri anbaan izlənilir.
Kontr-admiral Təngsiri vurğulayıb: Düşmənlər İranın su sərhədlərinə doğru hərəkət edib, fiziki iştiraka malik olarkən İranın dəniz qüvvələrinin vaxtlı addımı ilə geriyə çəkilməyə məcbur olurlar.