Qətər əmiri Tehrana daxil olub
Qətər əmiri İran İslam Respublikasının başçıları ilə görüş və məşvərət məqsədilə Tehrana daxil olub.
SəhərAzəri-nin məlumatına əsasən, Qətər, İranın xarici siyasətində hədəf olan və ön planda duran ölkələrdən biridir və bu gün onların əlaqələr tarixinin nəzərdən keçirilməsi də göstərir ki, iki ölkə münasibətləri daima dərin və inkişaf etməkdə olubdur.
Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani bu gün yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətilə Tehrana daxil olub və İranın birinci vitse-prezidenti Məhəmməd Müxbir tərəfindən qarşılanıb.
Qətər əmiri İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin rəsmi dəvətilə Tehrana səfər edib.
Rəsmi qarşılama mərasimi, ölkə başçılarının ikitərəfli danışıqları, həmçinin iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin məşvərəti və iki dövlət başçısının jurnalistlərlə görüşü bu birgünlük səfərin tədbirlərindəndir.
İran İslam Respublikasının prezidenti cari milad ilinin fevral ayında Qətər əmirinin rəsmi dəvəti, eləcə də qaz ixrac edən ölkələrin dövlət başçılarının sammitində iştirak məqsədi ilə Dohaya səfər etdi. Həmin səfər zamanı iki ölkə rəsmiləri tərəfindən İranla Qətər arasında on dörd əməkdaşlıq sənədi imzalandı.