May 16, 2022 16:47 Asia/Baku
  • İslam İnqilabının Aliməqam Rəhbəri
    İslam İnqilabının Aliməqam Rəhbəri

İslam İnqilabının Aliməqam Rəhbəri bir müraciətdə Ayətullah Seyid Abdullah Fateminiyanın vəfatı ilə bağlı başsağlığı verib.

SəhərAzəri-nin məlumatına əsasən, Aliməqam Rəhbərin ofisinin informasiya portalının məlumatına o, Həzrətin başsağlığı müraciətində deyilir: 

"Bu hörmətli alimin geniş biliyi, şirin tonu və cəlbedici ifadəsi bir çox gənclər və davamçılar üçün bərəkətli bir mənbə idi və onun itkisi təəssüf və kədər doğurur". 

Aliməqam Rəhbər Allahdan Ayətullah Fateminiya üçün ilahi rəhmət və bağışlanma diləyiblər. 

İran prezidenti Seyid İbrahim Rəisi və İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf da ayrı-ayrı müraciətlərdə Ayətullah Fateminiyanın vəfalı ilə bağlı başsağlığı veriblər. 

Şiə ruhani, İslam əxlaqı professoru, natiq, İslam tarixçisi və dini elmlər hövzəsi və universitet müəllimlərindən olan Ayətullah Fateminiya uzun sürən xəstəlikdən sonra bazar ertəsi səhər 76 yaşında vəfat edib.

Teqlər