May 17, 2022 20:18 Asia/Baku
  • İranın BMT-dəki səfiri beynəlxalq ictimaiyyəti tənqid edib

İran İslam Respublikasının BMT-dəki səfiri və nümayəndəsinin müavini dünya ictimaiyyətini sionistlərin cinayətləri qarşısında passiv olmamağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in məlumatına görə, İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini deyib; "Biz hər gün İsrail rejiminin Fələstin xalqına qarşı cinayətlərinin şahidiyik".

Doktor Zəhra Erşadi qeyd edib ki, fələstinli jurnalist Şirin Əbu-Aqilə işğal edilmiş Fələstinin Cenin şəhərində işğalçı qüvvələr tərəfindən vəhşicəsinə şəhid edildi ki, Fələstin xalqının zalımcasına təvacüz və işğalçılığa qarşı şücaət səsi, milli dözüm və sabitlik simvolu susdurulsun. Əlbəttə ki, bu baş verməyəcək.

İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini, həmçinin beynəlxalq ictimaiyyətin İsrailin davamlı hərbi cinayətləri və terrorizmi qarşısında hərəkətsizliyini tənqid edib və deyib: "İran İslam Respublikası BMT-ni, xüsusilə də Təhlükəsizlik Şurasını Fələstin xalqına dəstək olaraq, İsrailin təcavüzü və cəzasızlığına son qoymaq və rejimi onilliklər ərzində törətdiyi beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırır".

Teqlər