May 19, 2022 22:17 Asia/Baku
  • Rəisi: İran Azərbaycanla əməkdaşlıq səviyyəsinin yüksəldilməsinin tərəfdarıdır

İran İslam Respublikasının prezidenti Azərbaycan Respublikasının baş nazirinin müavinini qəbul edərkən bildirib ki, onun ölkəsi Azərbaycanla əməkdaşlıq səviyyəsinin yüksəldilməsinin tərəfdarıdır.

 SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi iki ölkə arasında münasibətlərin mahiyyətindən danışıb və Azərbaycanın İran üçün adi bir qonşu deyil, eyni dinə və qohumluq bağlarına malik olan ölkə olduğunu bildirib.

İran prezidenti deyib ki, İslam Respublikasının prinsipial mövqeyi ölkələrin o cümlədən Azərbaycanın ərazi bütövlyü və vahidliyini dəstəkləməkdir.

“Hansısa bir amilin iki ölkənin səmimi əlaqələrinə zərər vurmasına icazə vermək olmaz. Regionda qonşu ölkələr arasında xüsusilə də İranla Azərbaycan arasında qarşılıqlı mənafe və konstruktiv münasibətlər əsasənda olan əlaqələr var və bu əlaqələr regionda təhlükəsizliyin təmin edilməsində ən təsirli amildir”, deyə İranın hökumət başçısı əlavə edib ki, ABŞ və İsrailin dünya və region ölkələrinə ürəkləri yanmır.

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev də öz növbəsində iki ölkə prezidentləri arasında Aşqabadda baş tutan görüşün və burada əldə edilmiş razılaşmaların əlaqələrdə yeni mərhələ olduğunu bildirib və sözügedən razılaşmaların icrasının sürətlənməsini istəyib.

Ş.Mustafayev Türkmənistan qazının İran vasitəsilə “Swap” edilməsi istiqamətində rəsmi Tehranın atdığı addımlardan məmnunluğunu ifadə edib və bu prosesin artırılmasını istəyib. O həmçinin bildirib ki, Azərbaycan Türkmənistan elektrik enerjisinin də İran vasitəsilə “Swap” edilməsinin tərəfdarıdır.

Teqlər