May 23, 2022 11:18 Asia/Baku
  •  İran prezidentini Maskatda Oman sultanı qarşılayıb +VİDEO

İran prezidenti Oman sultanının rəsmi qarşılaması ilə Maskata daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən,İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi az öncə Maskat hava limanına daxil olub və Omanın sultanı Heysəm Bin Tariq Ali Səid tərəfindən rəsmən qarşılanıb.

İran İslam Respublikası prezidenti Oman ölkəsi ilə siyasi, iqtisadi və mədəni əməkdaşlıqların genişləndirilməsi eləcə də Oman kralı və bu ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə görüş məqsədi ilə bu gün Maskata daxil olub.

İbrahim Rəisinin Omana səfəri bu ölkənin yeni kralı dövründə İran prezidentinin Omana ilk səfəri hesab olunur. Maskat səfəri İbrahim Rəisi hökumətinin 9 aylıq fəaliyyəti dövründə  onun 5-ci xarici səfəridir.

Əl-Elm sarayında rəsmi qarşılama mərasimi, Oman sultanı Heysəm Bin Tariq Ali-Səid ilə görüş, əməkdaşlıq memorandumunun imzalanması, Omandakı iranlılarla görüş və omanlı iş adamları ilə görüş İbrahim Rəisinin Maskat səfərinin proqramına daxildir.

 

Teqlər