Tozanaq problemi region ölkələri arasında müzakirə edilib
İranın xarici işlər naziri toz-torpaq problemi barədə bəzi region ölkələrinin xarici işlər nazirlərilə sıx məşvərətləri istiqamətində Suriya, İraq və Küveytin xarici işlər nazirlərilə telefon söhbəti formasında danışıb,/ fikir mübadiləsi aparıbdır.
SəhərAzəri-nin məlumatına əsasən,Hüseyn Əmir-Abdullahiyan bu telefon söhbətlərində insanların adi həyatının pozulması və təbii yaşayışın hədələnməsinə gətirib çıxaran müxtəlif ölkələrdəki xarici mənşəli zərrəciklər və toz-torpaq probleminin idarə edilməsinin həssaslığı və təcilliyinə təkid edib.
Bu sahədə İranın xarici işlər naziri ilə onun həmkarları arasında razılıq əldə olunub. Yerindəcə- həmkarları ilə fikir mübadiləsində, zərrəciklərlə mübarizə üçün regional əməkdaşlıq məsələsini öz təcili fəaliyyət üzrə iş gündəmində qərar verib, təsirli və təcili həll yollarını araşdırmaq üçün İranın xarici işlər nazirliyi və ətraf mühit təşkilatının nümayəndələrindən ibarət texniki ekspert heyəti dərhal İraq və Suriyaya yola düşüb.
Küveytin xarici işlər naziri iranlı texniki heyətin göndərilməsi məsələsini izləyəcəyinə söz veribdir.