İranın Şərqi Azərbaycan vilayətinin valisi:
İran və Azərbaycan Respublikası regionda sülh və sabitliyin təminatçısıdır
İranın Şərqi Azərbaycan vilayətinin valisi vurğulayıb: İran və Azərbaycan Respublikası regional anlaşmalar çərçivəsində yaxşı anlaşmalara malikdirlər və bu məsələ regionun sülhü və sabitliyində böyük təsir buraxıbdır.
SəhərAzəri-nin məlumatına əsasən,Abidin Xürrəm Təbrizdə keçirilən Azərbaycan Respublikasının Milli Günü mərasimində bu ölkənin müstəqilliyinin ildönümünü təbrik edib və belə deyib: İran və Azərbaycan Respublikasının xalqlarını tarixi, dil və dini ortaqlıqlar birləşdirir. Elə buna görə, Azərbaycan Respublikası İran İslam Respublikasının xarici siyasətində xüsusi yerə malikdir.
İran İslam Respublikası dini etiqadlardan ilhamlanmaqla daima Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib- deyə, İranın Şərqi Azərbaycan vilayətinin valisi bildirib.
Xürrəm əlavə edib: Ötən otuz il ərzində İranın möhtərəm xalqı Azərbaycan Respublikasının xalqı və hökumətinə əlindən gələn yardımı əsirgəməyib. Bu dəstəklərin bariz nümunəsi, Qarabağ müharibələri zamanı özünü göstərdi.
Xürrəm həmçinin deyib: İki ölkə arasında müxtəlif əməkdaşlıq sənədləri bağlanıb və ikitərəfli münasibətlər üçün hüquqi əsaslar qoyulub.