May 26, 2022 18:43 Asia/Baku
  • Əmir-Abdullahian
    Əmir-Abdullahian

İran İslam Respublikasının xarici işlər naziri İsveçrədə keçirilən Davos forumunun kənarında vurğulayıb: Güclü və davamlı nüvə anlaşmasına nail olmaqda ciddiyik. Diplomatiya qapılarını açıq saxlayacağıq.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün Davos forumunun kənarında CNN informasiya kanalı ilə müsahibədə deyib: Son zamanlar nüvə anlaşmasını canlandırmaq üçün yeni təşəbbüs irəli sürmüşük və Amerika prezidenti Co Bayden maksimum təzyiq siyasətini dayandırmalıdır.

İranın xarici işlər naziri əlavə edib: 2015-ci il nüvə anlaşmasına qayıdış, İranın beynəlxalq iqtisadi fəaliyyətlərə qayıtmasından asılıdır.

Əmir-Abdullahian sonra belə qeyd edib: Amerika tərəfindən sanksiyaların tətbiq edilməsi kimi rəftar psixozunun şahidiyik. Belə ki, Vyana danışıqları əsnasında Bayden İrana qarşı yeni sanksiyalar tətbiq etdi.

İranın xarici işlər naziri həmçinin deyib: Biz hələ Amerika tərəfinə etimad edə biləcəyimiz yerə çatmamışıq ki, onun rəftarının dəyişdiyinə qane olmuş olaq.

 

Teqlər