May 30, 2022 18:46 Asia/Baku
  • İran-Tacikistan
    İran-Tacikistan

İran İslam Respublikasının prezidenti deyib ki, ticarət mübadilələrinin dördqat artması İran-Tacikistan əlaqələrində dəyişikliyin göstəricisidir.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Tacikistan prezidentilə birgə mətbuat konfransında bildirib ki; Düşənbəyə səfərindən sonra iki ölkə əlaqələrində böyük dəyişiklik baş verdi və bu gün təkcə ticarət mübadilələrində dördqat artımın şahidiyik.

Digər sahələrdə də yaxşı addımlar atıldı və Düşənbədə memorandumlar imzalandı- deyən Rəisi qeyd edib: Şübhə yoxdur ki, iqtisadi, siyasi, mədəni və ticari əlaqələrdə, həmçinin elm və texnologiya, mədən, turizm və enerji sahələrində iri addımlar atılacaq.

İran və Tacikistanın ortaq fikirlərinin mövcud olmasına toxunan İran İslam Respublikasının prezidenti regional məsələlər və əcnəbilərin bölgədə iştirak etməmələri barədə belə deyib: Baxış belədir ki, əcnəbilərin iştirakı heç bir vəhclə təhlükəsizlikyaradan olmayıb və olmayacaq və region məsələləri region başçıları ilə yığıncaqların keçirilməsilə həll olunmalıdır.

Tacikistan prezidenti İmaməli Rəhman da birgə mətbuat konfransındakı çıxışında İran İslam Respublikası prezidentinin dəvətinə görə təşəkkür və iki ölkənin özəl sektorları arasındakı əlaqələrin fəallaşdırılmasına təkid edib.

İran İslam Respublikası və Tacikistanın yüksək vəzifəli rəsmiləri iki ölkənin prezidentləri Seyid İbrahim Rəisi və İmaməli Rəhmanın hüzurunda siyasi, iqtisadi, ticari, nəqliyyat, investisiya, modern texnologiyalar, ekologiya, idman, energetika, məhkəmə, təhsil, tədqiqat və turizm sahələrində 17 əməkdaşlıq sənədini imzalayıblar.

 

Teqlər