Rəisi Azərbaycan Respublikası ilə sərhəd bölgələrə baş çəkib
İran İslam Respublikasının prezidenti Azərbaycan Respublikası ilə sərhəd bölgələrə baş çəkib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Təbrizə səfəri çərçivəsində Azərbaycanla sərhəddə yerləşən Culfa rayonuna da baş çəkib.
Cənab Rəisi əyalətlərə səfəri çərçivəsində Şərqi-Azərbaycan əyalətinə gedib və burada bir sıra rayonlara, eləcə də Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Culfaya baş çəkib.
Prezident Culfaya səfərində üç İran sərhədçisinin məzarını ziyarət edib və rayon ictimaiyyəti ilə görüşərək, ixrac və turizmlə bağlı problemlərin aradan qaldılacağını bildirib.
Rəisi həmçinin bu səfərində Kəleybər və Hurand şəhərlərinə, eləcə də əyalətdə ağır yük maşınlarının istehsal edildiyi Araz Azad Ticarət Mərkəzinin parkında olub və istehsal prosesi ilə tanış olub.
Qeyd edək ki, Seyid İbrahim Rəisi prezident seçildikdən sonra ikinci dəfədir Təbrizə səfər edir.