Prezident Rəisi
Culfanın dəmir yolu regional iqtisadi əlaqələrin gücləndirilməsi üçün vacibdir
İran İslam Respublikası prezidenti Şərqi Azərbaycan vilayətinə səfərini dəyərləndirərkən, Urmiyə gölünün canlandırılması, Azərbaycan Mis Şirkətinin və bu sənayenin aşağı axın sənaye sahələrinin yaradılması, Culfa rayonunun dəmir yolunun daha da inkişaf etdirilməsi, Avrasiya və Şanxay hövzələri ölkələri ilə iqtisadi əlaqələrin aktivləşdirilməsi və vilayətin kənd təsərrüfatı imkanlarının işə salınmasının bu səfərdə müzakirə edilən ən mühüm məsələlərdən olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi dünən axşam Şərqi Azərbaycan vilayətinə bir günlük səfərinin sonunda jurnalistlərə açıqlama deyib: "Birinci məqam ondan ibarətdir ki, Şərqi Azərbaycan vilayətinin böyük potensialı var və biz mis və qızıl mədənlərinə baş çəkdiyimiz zaman bəlli oldu ki, bu, mis mədənlərinin imkanları istismar olunandan daha çoxdur".
Prezident Rəisi Şərqi Azərbaycanda ticarət və ixracın digər mühüm məsələlərdən olduğunu bildirib və əlavə edib: "Bura istehsal, ixrac və ticarət vilayətidir və Araz Azad İqtisadi Zonası da ixrac üçün əlverişli bir imkandır".
O, daha sonra deyib: "Culfa dəmir yolu marşrutu bağlıdır və görünür qonşu ölklərlə bu məsələni danışıb, problemi həll etmək olar".
"Biz Şanxay hövzəsinin potensialını aktivləşdirmək, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqə qurmaq və qonşularımızla münasibətlərimizi gücləndirmək istəyirik və hazırda bunun üçün birgə səy göstərməyimiz lazımdır" , - deyə Raisi bildirib.
Prezident əlavə edib: "Mən Qərbi Azərbaycana səfərim zamanı Urmiyə gölünə baş çəkdim və qərara alındı ki, qısa müddət ərzində bəzi proqramlar həyata keçirilsin, çünki Urmiya gölü məsələsi təkcə Azərbaycanın məsələsi deyil, həm də ölkənin məsələsidir".