İyun 11, 2022 10:56 Asia/Baku
  • Tehranda 8-ci İmamın aşiqlərinin böyük toplantısı keçirilib

Dünya şiələrinin səkkizinci imamının mövludü gecəsində o, həzrətin vurğunları Tehran Universitetində geniş şəkildə iştirak edərək, Əli İbn Musa Ər-Rzanın (ə) müqəddəs sahətinə öz iradətlərini nümayiş etdiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Tehran Universiteti cümə günü axşam əllərində gül və bayraqlar tutaraq oraya toplaşan və bütün mərhəmətlilərin ağasına məxsus salavatı tilavət edən aşiqlərə ev sahibliyi edib.

Bu mərasimdə İmam Rzanın (ə) xüddamlarından bir neçəsi də o, həzrətin hərəminin mütəbərrik bayrağı ilə məclisə xüsusi mənəviyyət bəxş ediblər. 

İştirakçılar həmçinin son günlər baş verən İmam Rza (ə) və Həzrət Rəsuli-Əkrəmə (s) qarşı hörmətsizlikləri qınayıblar. 

Teqlər