İyun 11, 2022 13:07 Asia/Baku
  • Müstəmləkəçilik və imperializm ilə mübarizə İran və Venesuelanın ortaq hədəfidir

Venesuela prezidenti bildirib ki, Venesuela və İran bütün dünyada müstəmləkəçilik və imperializmlə mübarizədə ortaq hədəfə malikdir.

SəhərAzəri-nin məlumatına əsasən, cümə günü yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətinin başında Tehrana gələn Nikolas Maduro İranın ispandilli televiziya kanalı Hispan TV-yə eksklüziv müsahibəsində deyib: "Venesuela və İran imperializmdən və dominant güclərdən azad bir dünya formalaşdırmaq üçün ön cəbhə xəttindədirlər. 

Venesuela prezidenti bəyan edib ki, ABŞ-ın dünyada hərbi üstünlüyü dövrü başa çatıb.

Maduro İranın ölkəsinə yanacaq daşıyan tankerləri göndərmək üzrə cəsarətli addımını alqışlayıb və deyib ki, Tehranın Karakasa neft çatdırması Venesuela xalqına böyük köməkdir.

Maduro əlavə edib: "İran ABŞ-ın sanksiyalarına və təhdidlərinə baxmayaraq, Venesuelaya yanacaq göndərib və bu dəyərli bir addımdır".

Müsahibənin başqa bir yerində prezident Maduro Venesuela ilə İranın onilliklərdir qardaşlıq əlaqələrindən istifadə etdiyini söyləyərək, ölkəsinin Tehranla sıx əməkdaşlıq etmək əzmində olduğunu təkrarlayıb.

O, iki ölkə arasında 20 illik strateji əməkdaşlıq sənədinin imzalanacağını da açıqlayıb.

Venesuela prezidenti əlavə edib ki, Karakas və Tehran inqilaçı keçmişə malikdir və onlar hər zaman çətin anlarda bir-birini dəstəkləyiblər.

Maduro həmçinin bildirib ki, iki ölkə turizm sektorunda əməkdaşlığı genişləndirmək və Karakas ilə Tehran arasında birbaşa uçuşlar yaratmaq üzərində işləyir.

Teqlər