İyun 12, 2022 21:13 Asia/Baku
  • «Mahan» hava yolları şirkətindən reaksiya

İranda «Mahan» hava yolları şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, «Mahan» hava yolları» adı ilə bir təyyarənin saxlanılması siyasi məqsədlər güdür.

SəhərAzəri-nin məlumatına əsasən, «Mahan» hava yolları şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsi bir bəyanatda vurğulayıb ki, bu şirkətin adı ilə saxlanılmış təyyarə bir il bundan öncə bir venesuelalı şirkətə satılıb və «Mahan» hava yolları şirkətinin icarəsində deyildir.

Bu reysin ekipaj üzvləri də Venesuela hava yolları şirkətinin ixtiyarındadır və «Mahan» hava yolları şirkəti ilə heç bir əlaqələri yoxdur.

Argentina hökuməti Venesuelanın «Konoyasa» adlı dövlət şirkətinin icarəsində olan «Mahan» hava yolları şirkətinə aid bir ədəd «Boeing-747» təyyarəsini Buenos-Ayres hava limanında saxlayıb.

Meksikadan havaya qalxan qeyd olunan təyyarə Buenos-Ayres hava limanına enərkən yanacaq doldurmaq niyyətində olub.

Amerikanın sanksiyası altında olan bu yük təyyarəsinin yeddi iranlı və doqquz venesuelalı ekipaj üzvü olub. Onların hamısı hal-hazırda Argentinadadır. Pasportları saxlanıldığına görə, onlar Venesuelaya geri dönə bilməyiblər.

Deyilənlərə görə, «Konoyasa» şirkətinin icarəsində, «Mahan» hava yolları şirkətinə aid olan daha iki «Boeing-747» təyyarəsi var.

Teqlər