İyun 15, 2022 12:47 Asia/Baku
  • Türkmənistan prezidenti inqilab rəhbəri ilə görüşüb

İranda rəsmi səfərdə olan Türkmənistan prezidenti və onu müşayiət edən heyət bu gün islam inqilabının aliməqam rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşüb.

İslam inqilabının aliməqam rəhbəri ofisinin informasiya saytı bildirib ki, bu gün Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov və onun başçılıq etdiyi heyət islam inqilabının aliməqam rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşüb.

Türkmənistan prezidenti İran İslam Respublikası prezidenti İbrhim Rəisinin rəsmi dəvəti ilə yüksək səviyyəli siyasi-iqtisadi heyətə başçılıq edərək Tehrana gəlib.

Türkmənistan prezidentinin islam inqilabının aliməqam rəhbəri ilə görüşü barədə ətraflı məlumat təqdim olunacaq.

Teqlər