İyun 21, 2022 14:08 Asia/Baku
  • İranın İnsan Haqları Qərargahı: İrana qarşı əsassız ittihamların təkrarlanması BMT-nin etibarını sarsıdır

İran İslam Respublikasının İnsan Haqları Qərargahı BMT-nin insan haqları üzrə baş katibinin hesabatına cavab olaraq vurğulayıb: İrana qarşı əsassız ittihamların təkrarlanması Birləşmiş Millətlər Təşkilatının etibarını sarsıdır.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin baş katibi Antonio Quterreş İranda insan haqlarının vəziyyəti ilə bağlı iddialara istinad edərək, İranda insan haqlarının həyata keçirilməsini tənqid edib.

Quterreş həmçinin İranı təşkilatın insan haqları üzrə xüsusi məruzəçiləri ilə əməkdaşlığa çağırıb.

Halbuki, İran rəsmiləri dəfələrlə İrana qarşı insan haqları hesabatlarının uydurma və sənədsiz dəlillərə əsaslandığını vurğulayıblar.

ABŞ hökumətinin İran üzrə xüsusi nümayəndəsi Robert Mali bir tvitdə BMT ekspertlərinin, xüsusən də İranda insan haqları vəziyyəti üzrə xüsusi məruzəçisinin fəaliyyətini alqışlayıb. 

İnsan Haqları Qərargahının İnformasiya Şöbəsindən verilən məlumata görə, İran İslam Respublikasının İnsan Haqları Qərargahının bəyanatında deyilir: "Bir ölkə ilə bağlı xüsusilə də insan haqları mövzüsünda hesabat hazırlamaq missiyasının BMT-nin baş katibi Antonio Quterreşə verilməsi, bununla bağlı beynəlxalq ixtisaslaşmış mexanizmin mövcud olduğu halda əsaslı və məntiqli deyil və lazımsız və qeyri-peşəkar bir hərəkətdir.

Bəyanatda bu cür təfərrüatlı hesabatların hazırlanmasında əvvəlcədən İran İslam Respublikası ilə heç bir məsləhətləşmənin aparılmadığı və hesabatı nəzərdən keçirmək və izahat vermək üçün müvafiq ölkəyə təkcə bir həftə vaxt verildiyi vurğulanıb və əlavə edilib: "Bu məsələ, müvafiq ölkənin fikirlərinə yer olmayan belə hesabatların tərtibində siyasi yanaşmadan xəbər verir".

İnsan Haqları Qərargahının bəyanatında qeyd edilib ki, nəinki izahatlara önəm vermək və mötəbər və düzgün mənbələrə əsaslanaraq, hesabatı düzəltmək iradəsi yoxdur, həm də, yanlan iddiaların təkrarlanmasına, saxta və etibarsız mənbələrə istinad edilməsində israr var və hesabatın əsas mətni əsasən müxalif qrupların iddia və ittihamlarına əsaslanır.

Bəyanatda həmçinin deyilir: "İran İslam Respublikası hökuməti davamlı olaraq bütün səylərini öz vətəndaşlarının insan hüquqlarının təşviqi və müdafiəsinə sərf etdiyi və bu sahədə mühüm irəliləyiş və nailiyyətlər əldə etdiyi bir vaxtda bu cür müsbət hallar ya təqdim olunan hesabatlarda əksini tapmır, ya da natamam şəkildə və yayındırıcı təhlillər və qərəzli şərhlərlə təqdim olunur".

Teqlər