İyun 22, 2022 12:09 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi BMT Baş Assambleyasının İranda insan hüquqlarının vəziyyəti barədəki son qətnaməsini siyasi məqsədlərə söykənən qərəzli və ədalətsiz bir qətnamə adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə İran İslam Respublikasında insan hüquqlarının vəziyyəti barədə BMT Baş Assambleyasının son qətnaməsi və BMT baş katibinin müvəqqəti hesabatı ilə bağlı deyib: Dəfələrlə vurğulandığı kimi, siyasi məqsədlərə söykənməklə, qərəzli və ədalətsiz şəkildə qəbul olunan bu kimi qətnamələr beynəlxalq insan hüquqları orqanlarının başlıca vəzifəsi hesab olunan insan hüquqlarına yüksək yanaşmaya əsaslanmadan işlənib hazırlanıb və üzv ölkələrin ümumi razılığına malik olmayıbdır.

O, əlavə edib: İran İslam Respublikası BMT baş katibinin hesabatının hər bir bəndi və iddiası ilə bağlı öz ətraflı və əsaslandırılmış fikir və dəlillərini onun ofisinə göndərsə də, təəssüflər olsun ki, ona, məqsədyönlü şəkildə diqqətsizlik göstərildi.

Xətibzadə vurğulayıb: Təəssüflər olsun ki, BMT baş katibinin adına yayılan hesabat yalan iddialara və etibarsız mənbələrə istinad edən sənədlərə əsaslanır. Buna görə, hesabatın əsas mətni başlıca olaraq, terrorçu firqələr və düşmən qrupların iddia və ittihamlarına əsasən tənzim edilib. İran İslam Respublikasının insan hüquqları şurasında bu hesabata olacaq ətraflı cavabı bütün ölkələrin ixtiyarına qoyulacaq.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib: İran İslam Respublikası BMT-nin insan hüquqları üzrə ali komissarlığı və insan hüquqları mexanizmləri ilə müsbət anlaşmaya malikdir. Təəssüflər olsun ki, ölkəmizin bu müsbət anlaşması və insan hüquqları sahəsindəki irəliləyişləri baş katibin məruzəsində münasib şəkildə əks etdirilməyib, amma bu hallara baxmayaraq, İran İslam Respublikası öz qanuni öhdəlikləri və şəri inamına əsasən, yenə də özünü insan hüquqlarının yüksəldilməsi və rəvac verilməsinə borclu bilir və BMT-nin insan hüquqları mexanizmlərilə anlaşmaya və əməkdaşlığa hazırdır.

O, qeyd edib: Bu hesabatda sanksiyaları tətbiq və onları icra edənlərin məsuliyyətlərinə işarə edilməyib və Amerika rejimi tərəfindən görülən cinayətkarcasına, zalımcasına və qanunsuz birtərəfli sərt tədbilərin İran xalqının insan hüquqlarına qarşı çirkin və təhlükəli zərəri, mənfi və dağıdıcı təsirlərin şərh edilməsindən çəkinilibdir.

 

Teqlər