İyun 23, 2022 12:46 Asia/Baku
  • İran QAC Əfqanıstana iri yardım yükü göndərib

İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin baş katibi bu cəmiyyətin min ərzaq bağlaması və min ədəd yardım çadırına şamil olan humanitar yardım yükünün Əfqanıstanda zəlzələdən zərər çəkənlərə göndərildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, çərşənbə günü səhər Əfqanıstanın cənub-şərqində və Pakistanın bəzi bölgələrində Rixter şkalası ilə 6,1 bal gücündə zəlzələ baş verdi.

Zəlzələ Xost şəhərinin qırx dörd kilometrliyi və yerin 51 kilometr dərinliyində baş verib.

Əfqanıstan rəsmilərinin bildirdiklərinə görə, zəlzələ nəticəsində mindən çox insan ölüb, 620 nəfər isə yaralanıbdır.

Bu istiqamətdə, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin baş katibi Yaqub Süleymani İRNA müxbirilə müsahibədə, qeyd olunan zəlzələ nəticəsində Əfqanıstan vətəndaşlarından bir qrupunun həlak olması münasibətilə başsağlığı verib.

Yaqub Süleymani deyib: Bu zəlzələnin törətdiyi ağır xəsarətlərə əsasən, İranın Qırmızı Aypara Cəmiyyəti Əfqanıstana 400 ədəd yardım çadırı və 800 ədəd moketə şamil olan humanitar yardım yükü göndərib.

İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin baş katibi əlavə edib: Bu yük dünən gecə İran ordusunun təyyarəsi ilə Tehrandan göndərilib. Başqa bir yük də Sistan və Bəluçestan vilayətindən quru yolu ilə Əfqanıstana göndəriləcək. Bu yükə min iki yüz ədəd moket, min qida bağlaması və altı yüz ədəd yardım çadırı daxildir.

Teqlər