Türkiyə sionistlərin təfriqəsalma iddiaları qarşısında susmasın
-
Xətibzadə
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Türkiyənin sionistlərin təfriqəsalma iddiaları qarşısında susmayacağı gözlənilir.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin xarici işlər naziri türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında Tehranın Türkiyə ərazisində sionistləri hədəfə almaq cəhdinə dair iddiasını bir daha təkrarlayıb.
Bu istiqamətdə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün/ sionist rejimin xarici işlər nazirinin Ankarada öz türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransındakı əsassız ittiham və iddialarını gülünc və iki müsəlman ölkəsi arasındakı münasibətləri pozmaq üçün əvvəlcədən hazırlanmış ssenari çərçivəsində adlandırıb.
Xətibzadə bu əsassız ittiham və iddiaları Təl-Əvivin Türkiyənin və regionun ümumi fikrini Fələstin amalından və bu uşaqöldürən və təxribatçı rejimin terrorçu hərəkətlərindən yayındırmaq üzrə fitnəsinin bir hissəsi adlandırıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib: Sionist rejimin xarici işlər nazirinin günahı başqasının boynuna atma ssenarisinin irəli sürülməsi istiqamətində atmosfer yaratmaq üçün, qeyri-düzgün və məqsədyönlü informasiyalardan istifadə ilə mediaları saxta ssenarilərlə məşğul etməkdən ötrü, təxminən bir həftə bundan əvvəldən bir psixoloji əməliyyat başlanmışdı.
Xətibzadə söyləyib: Bizim qonşumuz Türkiyə yalançı və terrorçu sionist rejim nümayəndəsinin iddialarının nə dərəcədə əsassız olduğunu çox yaxşı bilir və onun bu təfriqəsalma iddalar qarşısında susmayacağı gözlənilir. Bu rejim dəfələrlə göstəribdir ki, nə qədər etimadedilməzdir.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir daha vurğulayıb ki, İran İslam Respublikasının sionist rejimin terroru və təxribatçı hərəkətlərinə cavabı, həmişə qəti, qüdrətli, adi vətəndaşların və digər ölkələrin təhlükəsizliklərini təhdid etmədən olacaq.
Xətibzadə deyib: Bu terrorçu rejimin nümayişkaranə məzlumluq görüntüləmələrinə onun özündən başqa heç kəs inanmır və əgər zahirdə də olsa belə, bəzi tərəflər müvəqqəti məsləhət əsasında müşayiətetmə görüntüsünə malik olmuş olsalar da, necə təhlükəli bir rejimlə qarşılaşdıqlarını yaxşı bilirlər.