Borrel bu gecə Tehrana gəlir
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin bu gecə Tehrana səfər edəcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti Co Baydenin hökuməti İran qarşısında diplomatiya yanaşmasına, eləcə də nüvə anlaşmasına geri dönüşə səy göstərdiyini iddia etmiş olsa da indiyədək öz xoşməramlılığını göstərmək istiqamətində heç bir addım atmayıbdır.
Danışıqlarda iştirak edən ölkələrin əksər hissəsi müzakirələrin tez bir zamanda yekunlaşdırılmasını istəyir, amma yekun razılaşma, Amerikanın yerdə qalan bir neçə mühüm və əsas məsələ barədəki siyasi qərarlarını gözləyir.
Bu istiqamətdə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və İran İslam Respublikasının bəzi digər rəsmilərilə görüş məqsədilə bu gecə Tehrana səfər edəcəyini bildirib.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, İranla Avropa Birliyi arasındakı cari məşvərətlər çərçivəsində həyata keçiriləcək bu səfərdə ikitərəfli münasibətlər, bəzi regional və beynəlxalq məsələlər, həmçinin sanksiyaların aradan qaldırılması üzrə müzakirələrin son durumu ətrafında fikir mübadiləsi aparılacaq.